SON XƏBƏRLƏR

İranda dolar 60 min tümənə qalxdı

2024.03.02, 14:44
İranda dolar 60 min tümənə qalxdı

Martın 1-də keçirilən seçkilərin nəticələrinə rekasiya olaraq İranda valyuta və qızıl bazarında dollar məzənnəzi 60 min tümənə yüksəlib, qızıl da bahalaşıb.

Gunaz.tv

Ticarət Nyuz xəbər portalının məlumatına istinadən İran İslami Şura Məclisinə deputat seçkilərindən 1 gün sonra valyuta bazarında 1 dollar 60 min tümən məzənnəsi ilə alış-veriş olunub. 

Belə ki, rəsmi qiymət seçkilərdən qabaq 59 min 100 tümən olduğu bir halda 900 tümən bahalaşaraq 60 min tümənə çatıb və daha da artacağı gözlənilir. 

Həmçinin avronun qiyməti də Tehran bazarında 65 min tüməni ötüb. Digər tərəfdən bazarda 8 qram civarında qızıl sikkənin qiyməti 35 milyon tümənə yüksəlib. 

Bu bahalaşma seçkilərin nəticəsi olaraq iqtisadi islahatların gözlənilməyəcəyi səbəbindən ölkədə sabitliyin olmayacağına reaksiya kimi qiymətləndirilir. 

Taymaz
.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar