SON XƏBƏRLƏR

Əfqanıstan yenidən İran yanacağını geri qaytardı

2024.03.05, 12:06
Əfqanıstan yenidən İran yanacağını geri qaytardı

Əfqanıstan hökuməti növbəti dəfə İrana məxsus keyfiyyətsiz yanacaqla dolu 11 tankeri geri qaytarıb.

Gunaz.tv

Bu barədə Əfqanıstanın Milli Standartlar Agentliyi məlumat yayıb.

Milli Standartlar Agentliyi məsələ ilə bağlı yaydığı məlumatda İrandan ixrac edilən benzinin standartlara cavab vermədiyini bildirib.

Əvvəllər bir neçə dəfə İranın keyfiyyətsiz yanacaq tankerlərini geri qaytaran Taliban hökuməti keyfiyyətsiz yanacağın idxalının qarşısını almaq üçün ciddi və praktiki addımların atıldığını vurğulayıb.

Qeyd edək ki, Əfqanıstan və İraq Özbəkistan və Rusiyadan daha keyfiyyətli, yüksək standartlara cavab verən benzin idxal etdiyinə görə İran yanacağından imtina etməyə başlayıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar