SON XƏBƏRLƏR

Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının iclası keçirilib

2024.03.05, 12:15
Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının iclası keçirilib

Astanada Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 20-ci iclası keçirilib.

Gunaz.tv

İclasdan əvvəl Komissiyanın həmsədrləri, Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Qazaxıstanın nəqliyyat naziri Marat Karabayevin arasında ikitərəfli görüş olub. İki ölkə arasında əməkdaşlığın bütün istiqamətlərində qarşılıqlı fəaliyyəti gücləndirmək üçün atılan addımlar, ixrac-idxal malları nomenklaturunun genişləndirilməsi, enerji, investisiya, nəqliyyat-logistika sahələri üzrə prioritet əhəmiyyətli layihələrin inkişafına dair fikir mübadiləsi aparılıb.

Komissiyanın iclasında qardaşlıq və dostluğa əsaslanan yüksək səviyyəli Azərbaycan-Qazaxıstan münasibətlərinin yeni tarixi mərhələdə inkişafını təmin edən çoxşaxəli əməkdaşlıq gündəliyi, hədəflər, ticari-iqtisadi, enerji, nəqliyyat, logistika, sənaye, tikinti, kənd təsərrüfatı, səhiyyə, qida təhlükəsizliyi, kosmik fəaliyyət, rəqəmsallaşma, informasiya texnologiyaları, elm və təhsil, mədəniyyət, gənclər siyasəti, turizm, idman, ekologiya və ətraf mühit sahələrində görülən işlər və perspektivlər nəzərdən keçirilib.

İclas zamanı bildirilib ki, 2023-cü ildə ticarət dövriyyəsinin həcmi 314 milyon təşkil edib. İndiyə kimi Azərbaycan Qazaxıstana 211,4 milyon dollar, Qazaxıstan isə Azərbaycan iqtisadiyyatına 114 milyon dollar investisiya yatırıb. 

Sonda Azərbaycan-Qazaxıstan Birgə Hökumətlərarası Komissiyanın 20-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Komissiyanın 21-ci iclasının gələn il Bakıda keçirilməsi razılaşdırılıb.

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar