SON XƏBƏRLƏR

“İran 60 faiz qatılıqda uran zənginləşdirməsini dayandırsın”- Vaşinqton

2024.03.07, 12:39
“İran 60 faiz qatılıqda uran zənginləşdirməsini dayandırsın”- Vaşinqton

ABŞ martın 6-da Atom Enerjisi üzrə Agentliyin Direktorlar Şurasına İran barədə bəyanat ünvanlayıb.

Gunaz.tv

Ağ Ev İranın qaydalara sığmayan nüvə fəaliyyətləri barədə rahatsız olduğunu bildirməklə Tehrandan yüksək qatılıqda uran zənginləşdirməsinə son qoymasını tələb edib.  

Qeyd edək ki, Agentlik İranın nüvə fəaliyyətləri barədə ötən həftə öz üzvlərinə məxfi hesabat ünvanlayıb. 

Belə ki, yüksək qatılıqda olan uranın İran tərəfindən durulaşdırılması ilə 60 faiz qatılqıda olan uranın müəyyən qədər azaldığını bildirmişdir.

Vaşinqton bu barədə mövqe bildirib. “İran 60 faiz qatılıqda uranın yalnız müəyyən qədərinin deyil hamsını durulaşdırmaq üçün işlər görməlidir” - ABŞ öz bəyanatında vurğulayıb. 

Məlumata əsasən Agentliyin baş katibi Rafael Qrossi qeyd edib ki, İran Vəramin və Turquzabad təsisatlarında insan mənşəli uran zərrəciklərinin olduğu barədə  hal hazıradək 
texniki baxımdan etibarlı ola bilən izahat təqdim etməyib. 

Xatırladaq ki, ABŞ öz bəyanatında Direktorlar Şurasından İran barədə qətnamə çıxarılmağı tələb etməyib.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar