SON XƏBƏRLƏR

G7 qrupu ''İran Air'' Hava Yollarının Avropaya uçuşlarına qadağa qoya bilər

2024.03.15, 21:22
G7 qrupu ''İran Air'' Hava Yollarının Avropaya uçuşlarına qadağa qoya bilər

Kanada, Fransa, Almaniya, İtaliya, Japoniya, Britaniya və ABŞ-dan ibarət qrup martın 15-i çıxardığı bəyanatda Tehranı hədələyib.

Gunaz.tv

Belə ki, Ukrayna müharibəsində istifadə üçün Rusiyaya ballistik raketlər göndərilsə İrana qarşı yeni və güclü sanksiyalar tətbiq olunacaq.

“İran Rusiyaya ballistik raketlərin çatdırılmasına davam etsə G7 qrupuna üzv ölkələr bu hərəkətə görə daha da kəsin və yeni cəzalarla cavab verəcək”- deyə ABŞ yüksək rəsmisi qeyd edib.

Adı açıqlanmayan Amerika rəsmisi tətbiq oluna biləcək cəzalardan biri kimi İran Air Hava Yollarının Avropaya uçuşlarına qadağa qoyulması barədə araşdırma aparıldığını bildirib. 

O, vurğulayıb ki, belə bir çatdırma hələ olunmayıb, lakin bu barədə potensial təhlükə möcuddur. 
 
G7 qrupunun bəyanatında deyilir: “Biz Rusiyanın Ukraynaya qarşı təcavüzedici, qanunsuz və əsla əsaslandırıla bilməyən müharibəsinə maddi dəstəklər göstərən üçüncü tərəflərdən dərhal dəstəklərini dayandırmağı tələb edirik. Əks halda ağır sanksiyalara məruz qalacaqlar” . 

Taymaz
.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar