SON XƏBƏRLƏR

Kənd əhaliləri etiraz aksiyası keçiriblər

2024.03.18, 14:18
Kənd əhaliləri etiraz aksiyası keçiriblər

Güney Azərbaycan Xiyav rayonu (indiki Meşginşəhr) Cəbdərə, Ağdərə və Tənbə kənd əhaliləri hüquqlarının bərpası tələbi ilə aksiya keçiriblər.

Gunaz.tv

Əhali rayonun  Cəbdərə və sair kəndlərin ərazilərində yerləşən Ərşaq Mis Yatağı Zavoduna yaxın toplaşıblar. 

Onlar zavodun bölgə əhslisinə və iş dalınca başqa əyalətlərə köçən gənclərin işlə təmin olunmamalarına etirazlarını bildiriblər.

Qeyd edək ki, zavod 2017-ci ildən fəaliyyət başalyıb. Lakin onun 369 nəfər işçiləri və kadrlarının hamısı yerli olmayanlardır və əksəriyyəti farsların yaşadıqları bölgələrdən gətirilib.

Kəndlərin gəncləri isə işsizdir və iş dalınca fars bölgələrinə, o cümıdən İsfahan, Tehran, Kirman və Yəzdə  köçmək məcburiyyətində qalıblar.  

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar