SON XƏBƏRLƏR

İsmayıl Haniyə Xamenei ilə görüşüb

2024.03.27, 12:14
İsmayıl Haniyə Xamenei ilə görüşüb

Tehranda səfərdə olan HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin başçılıq etdiyi heyət İran rəhbəri Əli Xamenei ilə görüşüb.

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

Görüş zamanı Əli Xamenei bir daha İranın İsrailə qarşı müharibədə HƏMAS-ın yanında olduğunu bildirib.

İsmayıl Haniyə dəstəyinə görə Əli Xameneiyə təşəkkür edib. Həmçinin başçılıq etdiyi təşkilatın sona qədər İsrailə qarşı mübarizə aparacağını deyib.

İ.Haniyə bundan əvvəl İranın xarici işlər naziri Hüseyn Əmirabdullahiyanla görüşüb.

Görüşdən sonra birgə mətbuat konfransı keçirilib və Haniyə İranın HƏMAS-a dəstəyini təqdir edib.

"İran Fələstinin davasını və xalqına dəstək məsələsində ön sıralardadır”,- o, deyib.

Siyasi Bürosunun rəhbəri HƏMAS-ın mövqeyindən geri çəkilməyəcəyi barədə bəyanat səsləndirib.

“HƏMAS nə müharibənin ortasında, nə də ondan sonra heç vaxt mövqelərini tərk etməyəcək”,- deyə Haniyə vurğulayıb.

Qeyd edək ki, mətbuat konfransı jurnalistlərin sualları cavablandırılmadan başa çatıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar