SON XƏBƏRLƏR

Güneyli xanım məhbusa qarşı yeni qadağalar qoyulub

2024.04.01, 11:21
Güneyli xanım məhbusa qarşı yeni qadağalar qoyulub

Hazırda Məşhəd şəhərinin Vəkilabad həbsxanasında 5 illik məhkumluq dövrü keçirən azərbaycanlı xanım məhbus Fərzanə Qarahəsənliyə qarşı yeni qadağalar tətbiq edilib.

Gunaz.tv

Bu barədə onun yaxınları məlumat yayıb.

Bildirilib ki, Fərzanə Qarahəsənli həbsxanadan bayramla bağlı təbrik mesajı yazdığına görə, yaxınları ilə görüşünə və telefon danışıına qadağa qoyulub.

46 yaşlı laboratoriya elmləri üzrə mütəxəssis Fərzanə Qarahəsənli və həyat yoldaşı Həmid Qarahəsənli 2022-ci il noyabrın 4-də Kərəc şəhərində saxlanılıb..

O, etiraz aksiyasında hökumət məmurları tərəfindən öldürülən azərbaycanlı şairə Hədis Nəcəfinin 40 mərasimində iştirak etdiyi üçün saxlanılıb və 5 il azadlıqdan məhrum edilib.

Həyat yoldaşı rentgenoloq, 54 yaşlı Həmid Qarahəsənli barədə isə 15 il həbs qərarı çıxarılıb.

Hər iki məjbusa dindirmə zamanı ağır işgəncələr verildiyi, onlardan məcburi saxta etiraf alındığı bildirilib.

Həmid və Fərzanə Qarahəsənli məhkəmədə barələrində irəli sürülən ittihamı qbul etməyiblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar