SON XƏBƏRLƏR

Siyasi məhbuslar azərbaycanlı qızın ölümü ilə bağlı bəyanat yaydı- Hökumət məsuliyyət daşıyır

2024.04.01, 11:59
Siyasi məhbuslar azərbaycanlı qızın ölümü ilə bağlı bəyanat yaydı- Hökumət məsuliyyət daşıyır

Evin həbsxanasında saxlanılan qadın siyasi məhbuslar 20 yaşlı azərbaycanlı Sara Təbrizinin ölümünə görə İran hökumətinin məsuliyyət daşıdığını bildiriblər.

Gunaz.tv

Bu barədə hüquq müdafiəçisi və 2023-cü ilin Sülh Nobel Mükafatı laureatı olan Nərgiz Məhəmmədi və başqa 7 tanınmış hüquq müdafiəçisinin birgə yaydığı bəyanatda deyilib. 

Onlar Sara Təbrizinin təhlükəsizlik məmurları tərəfindən həbs edilərək 10 gün saxlanıldığını, daha sonra ölümündən bir gün əvvəl yenidən təhlükəsizlik idarəsinə çağırıldığına diqqət çəkiblər.

Qeyd edək ki, Sara Təbrizi 2023-cü il noyabrın 16-da İngiltərəyə səfər etmək istəyiyi vaxt İmam Xomeyni hava limanında həbs edilərək təhlükəsizlik təcridxanasına köçürülmüşdür.

10 gün dindirildikdən sonra 1 milyard tümən girov qarşılığında müvəqqəti sərbəst buraxılan Sara Təbrizi, martın 24-də nazirliyə çağırılıb və martın 25-də yaşadığı ata evində meyiti tapılıb.

Ölkə daxili və xaricdəki insan haqları müdafiəçiləri, təşkilatları və siyasi-mədəni fəallar Sara Təbrizinin İran hökuməti tərəfindən öldürülməsi ilə bağlı 44 min paylaşım ediblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar