SON XƏBƏRLƏR

İran hərbi xərclərini artırdı

2024.04.22, 16:16
İran hərbi xərclərini artırdı

İran hökuməti hərbi xərclərini artıraraq bu sahədə Yaxın Şərq ölkələri arasında dördüncü yeri tutub.

Gunaz.tv

Bu barədə Stokholm Beynəlxalq Sülhün Öyrənilməsi İnstitutunun (SİRPİ) yaydığı hesabatda qeyd olunub.

İranın hərbi xərcləri 6,8 milyard dollardan 10,3 milyard dollara artırıldığı bildirilib.

Türkiyənin hərbi xərcləri isə 10,6 milyard dollardan 15,8 milyard dollara çatıb.

Dünyanın müdafiə xərclərinə ən çox pul ayıran ölkəsi isə 906 milyard dollarla ABŞ olub.

İkinci yerdə 296 milyard dollarlıq hərbi xərclə Çin qərarlaşıb. Üçüncü yerdə olan Rusiya isə 2022-ci ilə nisbətən hərbi xərclərini kəskin artırıb. Ötən il Rusiyanın hərbi xərcləri 86.4 milyard dollardan 109 milyard dollara yüksəlib.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar