SON XƏBƏRLƏR

Məlikanda azərbaycanlı fəal həbs edildi

2024.05.20, 13:51
Məlikanda azərbaycanlı fəal həbs edildi

Bu gün səhər saatlarında təhlükəsizlik məmurları Şərqi Azərbaycan əyalətinin Məlikan (Məlik kəndi) şəhərində yaşayan Əkbər Yusifini həbs ediblər.

Gunaz.tv

Bu barədə onun ailəsinə yaxın mənbələr məlumat verib.

Bildirilib ki, məmurlar məhkəmə arayışı təqdim etmədən Yusifinin evinə hücum edib və onu özləri ilə aparıblar.

Azərbaycanlı fəalın İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğraması ilə bağlı "İnstagram"da paylaşım etdiyinə görə həbs edildiyi bildirilib.

Yaxınları onun Məlikan şəhərinin təhlükəsizlik təcridxanasına aparıldığını deyiblər.

Qeyd edək ki, ötən gecə İran Polis Komandanlığı media və sosial media fəallarına xəbərdarlıq müraciəti yayıb.

Onlardan dövlət qurumları və mediasının məlumatlarından qıraq məlumat yaymamağı tələb edib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar