SON XƏBƏRLƏR

Kreml bir sıra Avropa ölkələrinin Fələstini müstəqil dövlət kimi tanımasına münasibət bildirib

2024.05.22, 14:33
Kreml bir sıra Avropa ölkələrinin Fələstini müstəqil dövlət kimi tanımasına münasibət bildirib

Rusiya İsrail və Fələstin arasında iki dövlətli həll yoluna əsaslanan nizamlanmanın tərəfdarıdır.

Gunaz.tv

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bir sıra Avropa ölkələrinin Fələstini müstəqil dövlət kimi tanımasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, rəsmi Moskvanın bu mövqeyi ardıcıl və şəffafdır.

“Sizə xatırlatmaq istərdim ki, Rusiya Federasiyası SSRİ-nin hüquqi varisidir. SSRİ mövcudluğunun son mərhələsində Fələstin dövlətini tanıyıb. Bu, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və iki dövlətin nizamlanmasına əsaslanan yanaşmaya tamamilə uyğundur. Ona görə də, biz SSRİ-nin hüquqi varisiyik və bu sahədə ardıcıl və şəffaf mövqeyimizi davam etdiririk”, deyə Kremlin sözçüsü vurğulayıb.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar