SON XƏBƏRLƏR

Milli fəalların məhkəməsi oldu

2024.05.26, 11:11
Milli fəalların məhkəməsi oldu

Tehran İnqilab Məhkəməsinin 15-ci bölməsində azərbaycanlı milli-mədəni fəalların məhkəməsi olub.

Gunaz.tv

Bu barədə onların yaxınları məlumat verib.

Bildirilib ki, mayın 25-də adı çəkilən məhkəmədə hakim Əbülqasım Salavatinin başçılığı ilə Səid Minayi və Süleyman (Aydın) Məhəmmədinin məhkəmə iclası keçirilib.

Məhkəmədə Süleyman Məhəmmədiyə qarşı "Daxili/xarici təhlükəsizliyə qarşı cinayət törətmək üçün toplaşmaq və əlbir olmaq", “İslam Respublikası sisteminə qarşı təbliğat” və “Rəhbəri təhqir etmək” itthamları irəli sürülüb.

Səid Minayiyə qarşı isə "Daxili/xarici təhlükəsizliyə qarşı cinayət törətmək üçün toplaşmaq və əlbir olmaq"da ittiham olunduğu bildirilib.

Hər iki fəal barələrində irəli sürülən ittihamları rəd edib və müdafiə layihələrini məhkəməyə təqdim ediblər. 

Şair və mədəni fəal Süleyman (Aydın) Məhəmmədi fevralın 5-də həbs edilib və bir müddət sonra Tehrann Evin həbsxanasının 209-cu təhlükəsizlik təcridxanasına köçürülüb.

O, bir neçə həftədən sonra 800 milyon tümənlik girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

Səid Minayi isə fevralın 6-da təhlükəsizlik məmurları tərəfindən həbs edilib,Təbrizin təhlükəsizlik təcridxanasında dindirildikdən sonra fevralın 11-də Tehran həbsxanasına köçürülüb.

O, mart ayının 13-də 700 milyon tümənlik girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar