SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda tarixi yer adı dəyişdirildi

2024.05.27, 10:31
Şərqi Azərbaycanda tarixi yer adı dəyişdirildi

İranın keçmiş prezidenti İbrahim Rəisi və başqalarını daşıyan helikopterin qəzaya uğradığı yerin adı dəyişdirilib.

Gunaz.tv

Bu barədə İranın Ətraf Mühitin Mühafizəsi İdarəsinin rəhbəri Əli Səlaciqə məlumat verib.

O, Rəisinin xatirəsinin əbədiləşdirilməsi üçün Şərqi Azərbaycan əyalətinin Vərziğan mahalının Dizmar bölgəsinin adının dəyişdirilərək "Şəhid cumhur" qoyulduğunu deyib..

Dizmar qoruq ərazisi Şərqi Azərbaycan əyalətinin şimalında Xudaafərin, Vərziğan və Culfa rayonlarının qoruq zonasında yerləşən dağlıq və meşəlik ərazidir.

Mayın 19-da burada İran Prezidenti İbrahim Rəisi, XİN başçısı Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan valisi Malik Rəhməti, Təbrizin cümə imamı Məhəmmədəli Ali-Haşim və başqaları helikopter qəzası nəticəsində həlak olublar.

Qeyd edək ki, Dizmarın yerləşdiyi Qaradağ mahalının adının 90 il əvvəl dəyişdirilərək "Ərəsbaran" qoyulmasına baxmayaraq, azərbaycanlılar tarixi Qaradağ adından istifadə edirlər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar