SON XƏBƏRLƏR

Milli fəal Mürtəza Nurməhəmmədi təhlükəsizlik idarəsinə çağırılıb

2024.05.29, 15:25
Milli fəal Mürtəza Nurməhəmmədi təhlükəsizlik idarəsinə çağırılıb

Şərqi Azərbaycan əyalətinin Sofyan şəhərindən olan mədəni fəal Mürtəza Nurməhəmmədi Nadarlı Şəbistər şəhərinin təhlükəsizlik idarəsinə çağırılıb.

Gunaz.tv

Bu barədə insan haqları müdafiəçiləri məlumat yayıb.

Bildirilib ki, mayın 28-də idarəyə çağırılan milli fəal bir neçə saat dindirildikdən sonra sərbəst buraxılıb.

Onun idarəyə çağırılma səbəbləri barədə açıqlama verilməyib.

Qeyd edək ki, Nurməhəmmədi  ötən ilin sentyabr ayında qızına türkcə "Hunay" adı seçdiyi üçün sənəd verilmədiyi barədə sosial mediada paylaşımlar edib.

Bundan sonra o saxlanılıb və dindirilıdikdən sonra Təbriz həbsxanasına köçürülmuşdu.

Milli fəal 28 noyabr 2023-cü ildə girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar