SON XƏBƏRLƏR

İranda 11 bəhai fəala ağır həbs cəzası verildi

2024.05.29, 16:00
İranda 11 bəhai fəala ağır həbs cəzası verildi

İranın Gilan əyalətinin Apellyasiya Məhkəməsi 10 qadın və 1 kişi bəhai barədə ilkin məhkəmənin çıxardığı həbs qərarını təsdiq edib.

Gunaz.tv

Bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Bildirilib ki, fəallardan biri 9 il 6 ay, səkkizi 6 il 1 ay və ikisi isə 1 il azadlıqdan məhrum ediliblər.

Onlar "milli təhlükəsizliyi pozmaq məqsədilə təşkilata üzv olmaq) və "hakimiyyətə qarşı təbıiğat"da günahlandırılıblar.

Qeyd edək ki, hazırda İranda 300 mindən çox bəhai yaşasa da İran konstitusiyası bəhai dinini rəsmən tanımır. 

İran Mədəni İnqilab Ali Şurasının qərarına əsasən bəhai dininə mənsub olanlar ölkədə vətəndaşlıq hüququ olmayan insanlar sayılırlar.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar