SON XƏBƏRLƏR

Güney azərbaycanlı məhbusun həyatı təhlükədədir

2024.05.31, 10:46
Güney azərbaycanlı məhbusun həyatı təhlükədədir

2022-ci ilin sentyabr ayından İranda başlayan ümumi etiraz aksiyaları zamanı həbs edilən və Kərəcin Qızılhisar həbsxanasında saxlanılan Güney azərbaycanlı gənc Milad Azmunun həyatı təhlükədədir.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Təhlükəsizlik məmurları Milad Azmun və onunla birgə həbs edilən başqa 3 gənci 1 ay əbvvəl Qızılhisar həbsxanasından alaraq naməlum yerə aprıblar.

Onların ailələrinin gənclərin taleyi və harada saxlanıldıqları ilə bağlı müraciətləri cavabsız qalıb.

Ailələr Milad Azmun və başqa gənclərə qarşı ağır ittihamlar irəli sürüldüyünə görə onların gizli edam ediləcəklərindən nigarandırlar.
 
Qeyd edək ki, əslən Xiyavın (Meşkin) Qoşa kəndindən olan 25 yaşlı Milad Azmun və başqa dörd gənc 3 noyabr 2022-ci ildə etiraz aksiyaları zamanı SEPAH-a bağlı yarımhərbi Bəsic qüvvələrinin üzvü Arman Aliverdini ölürməkdə ittiham olunurlar.

Azərbaycanlı gənc işgəncə edilib, kamera qarşısına çıxarılsa da, barəsində irəli sürülən ittihamı qəbul etməyib. Ancaq buna baxmayaraq Tehran məhkəməsi onu "müharibə"  ittihamı ilə edama məhkum edib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar