SON XƏBƏRLƏR

İranın Həcc və Ziyarət Təşkilatının saytı sındırılıb

2024.06.01, 17:25
İranın Həcc və Ziyarət Təşkilatının saytı sındırılıb

"IR Leaks" haker qrupu İranın Həcc və Ziyarət Təşkilatının saytına hücum edib və təşkilatın 1984-2024-cü illər arası bütün məlumatlarını ələ keçiriblər.

Gunaz.tv

Bu barədə haker qrupunun yaydığı məlumatda bildirilib.

Haker qrupunun üzvləri həcc ziyarətinə göndərilən dövlət məmurlarının məlumatlarını ələ keçirdiklərini və müzakirə aparmaq üçün onlara 24 saat vaxt verdiklərini, 24 saatdan sonra bu təşkilatın 1,25 terabaytlıq məlumatını satmaqla hədələyiblər.

"IR Leaks" haker qrupu ələ keçirdiyi məlumatlardan bəzilərinin fotosunu yayıb.

Məlumatlarda həcc ziyarətinə göndərilmələri nəzərdə tutulan 
dövlət rəsmiləri, polis qüvvələri, "Bəsic" qüvvələri və din xadimlərinin tam adları və dəqiq kordinatları var.

İranın bir sıra media qurumları hökumət təşkilatının saytının haker hücumuna məruz qaldığını və sayta girişin mümkün olmadığını yazıblar.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar