SON XƏBƏRLƏR

İranda onlarla sosial media kanalı bağlanıb

2024.06.03, 10:34
İranda onlarla sosial media kanalı bağlanıb

İsfahan şəhərində 35 sosial media kanalı bağlanıb, kanal adminləri barəsində cinayət işi açılıb.

Gunaz.tv

Bu barədə İsfahan Polis İdarəsi məlumat yayıb.

Rəsmi məlumatda həmin kanalların Qərb dəyərləri və yaşayış tərzini təbliğ etdikləri üçün bağlanıldığı bildirilib.

Qeyd edək ki, son 1 ay ərzində yüzlərlə oxşar sosial media hesabı “antimədəniyyət təbliğatçıları” bəhanəsilə bağlanıb.

Mayın 19-da İbrahim Rəisi və başqalarının helikopter qəzasında həlak olmasından sonra yüzlərlə insan həbs edilib, çox sayda iş yerinin fəaliyyətinə qadağa qoyulub və sosial media kanalları bağlanıb.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar