SON XƏBƏRLƏR

Əli Xamənei HƏMAS-ı İsraillə danışıqlardan imtina etməyə çağırdı

2024.06.03, 16:06
Əli Xamənei HƏMAS-ı İsraillə danışıqlardan imtina etməyə çağırdı

İran rəhbəri Əli Xamənei HƏMAS-ın 2023-cü ilin 7 oktyabrında İsrailə hücumunu təqdir edib və bunun Yaxın Şərq üçün vacib məsələ olduğunu söyləyib.

Gunaz.tv

O, bu barədə Ruhullah Xomeyninin dəfn olunduğu yerdəki çıxışında deyib. 

Xomeyninin açıqlamalarına toxunan Xamənei üstüörtülü şəkildə fələstinlilərdən Qəzzada atəşkəs üçün İsraillə danışıqlara getməmələrini istəyib.

“Razılaşma müzakirələrinə əhəmiyyət verməyin",- İran rəhbəri bildirib.

Ekspertlər Əli Xaməneinin bu çıxışını İranın bölgədə sülh və sabitliyin əleyhinə olmasına dair növbəti fakt hesab edirlər.

Ərəb ölkələri və mədəni dünya sülhün bərqərar olması üçün danışıqlara çağırışlar etdikləri halda, İran rəhbərinin bu çıxışı Tehranın gərginliyin artmasında maraqlı olduğunu göstərir.

GünazTV 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar