SON XƏBƏRLƏR

Şərqi Azərbaycan Ətraf Mühit Evi “Dizmar”ın tarixi adının dəyişdirilməsinə etiraz etdi

2024.06.04, 09:30
Şərqi Azərbaycan Ətraf Mühit Evi “Dizmar”ın tarixi adının dəyişdirilməsinə etiraz etdi

İranın prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olduğu Dizmar meşəsinin adının dəyişdirilərək "Şəhid Cumhur" qoyulması etirazlara səbəb olub.

Gunaz.tv

Bununla bağlı Şərqi Azərbaycan Ətraf Mühit və Davamlı İnkişaf Evi bəyanat yayıb və tarixi adın dəyişdirilməsinə qarşı çıxıb.

Azərbaycanlı ətraf mühit fəalları tərəfindən yazılan bəyanat Ətraf Mühit Təşkilatı, Mədəni İrsTəşkilatı və İran parlamentinin üzvlərinə ünvanlanıb.

Ad dəyişikliyinin hissiyyat əsasında tələsik verilən qərar olduğunu deyən bəyanat müəllifləri bunun nəticələri barədə xəbərdarlıq ediblər.

Bəyanatda deyilib ki, yerin tarixi adının dəyişdirilməsi əvəzinə oranın yollarının çəkilməsinə, xilasetmə və yanğınsöndürmə imkanlarının yaradılmasına diqqət ayrılmalıdır.

"Tarixi Dizmar adının dəyişdirilməsi ətraf mühit fəallarının və bölgə əhalisinin narahatlığına səbəb olub. Bu ad bölgə xalqının mədəniyyət tarixinin bir hissəsidir və onu dəyişmək gərginliyin artmasına və buna qarşı müqavimətin yaranmasına səbəb ola bilər",- Məktubda xəbərdarlıq edilib.

Qeyd edək ki, hökumət mayın 19-da İbrahim Rəisi və başqalarını daşıyan helikopterin qəzaya uğradığı və sərnişinlərin həlak olduğu Dizmar meşəsinin adını dəyişdirərək İbrahim Rəisinin xatirəsinə "Şəhid Cümhur" qoyub.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar