SON XƏBƏRLƏR

Təhlükəsizlik qüvvələrinin saxladığı milli fəal barədə məlumat verilmir

2024.06.07, 13:19
Təhlükəsizlik qüvvələrinin saxladığı milli fəal barədə məlumat verilmir

İran təhlükəsizlik qüvvələrinin mayın 15-də Kərəc şəhərində həbs edərək naməlum yerə apardıqları milli-mədəni fəal Səyyad Məhəmmədian (Ovçu) barədə heç bir məlumat verilmir.

Gunaz.tv

Onun harada saxlanıldığı və nədə ittiham olunduğu barədə ailəsinin müraciətlərinin cavabsız qalması, fəalın vəziyyəti barədə nigəranlığı artırıb.

Qeyd edək ki, təhlükəsizlik məmurları mayın 15-i səhər saatlarında Səyyad Məhəmmədianın (Ovçu) mənzilinə hücum edərək onu həbs ediblər.

Məhkəmə qərarı olmadan evdə axtarış aparılıb və fəala aid komputer, mobil telefon və başqa əşyalar müsadirə olunub.

Ədliyyə orqanları Səyyad Məhəmmədianın Qızılhısar cəzaçəkmə müəssisəsinə köçürüldüyünü iddia etsələr də, həbsxana məsulları bunu təkzi ediblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar