SON XƏBƏRLƏR

Təbrizdə tarixi zavod dağıdıldı

2024.06.08, 12:22
Təbrizdə tarixi zavod dağıdıldı

Təbrizin tarixi abidələrindən sayılan və şəhərin simvollarından birinə çevrilən məşhur "Təvəkküli" kibrit zaodu dağıdılıb.

Gunaz.tv

Bu barədə yerli sosial media və mədəni fəallar məlumat yayıb.

Onların sözlərinə görə, tarixi zavodun məhv edilməsi üçün bölgəyə çox sayda texnika və işçi cəlb olunub.

Təbrizlilərin etirazlarına və əlaqədar dövlət qurumlarına müraciətlərinə baxmayaraq işlər dayandırılmayıb.

Bundan əvvəl təbrizlilər və mədəniyyət xadimləri "Təvəkküli" kibrit zavodunun sənaye muzeyinə çevrilməsi ilə bağlı müraciətlər ediblər.

Şərqi Azərbaycan əyalətinin Mədəni İrs Təşkilatı və başqa dövlət qurumları müraciətləri cavabsız qoyub.

Qeyd edək ki, adı çəkilən zavod 1918-ci ildə təbrizli iş adamı Tağı Təvəkküli tərəfindən inşa edilib və bu İranda ilk kibrit zavodu sayılır.

Müxtəlif dövrlərdə Alman texnologiyası və avadanlıqları əsasında yenilənən kibrit zavodu Təbrizin ən etibarlı zavodlarından biri idi.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar