SON XƏBƏRLƏR

"Traxtur" klubunun icraçı dirrektoru Şəhər Şurasının üzvünü hədələdi

2024.06.08, 14:50
"Traxtur" klubunun icraçı dirrektoru Şəhər Şurasının üzvünü hədələdi

Təbrizin "Traxtur" Futbol Klubunun icraçı dirrektoru və qeyri-azərbaycanlı Huşəng Nəsirzadə Təbriz Şəhər Şurasının üzvü Rəsul Bərgini təhdid edib, onun üzr istəməsini istəyib.

Gunaz.tv

Bu barədə Təbrizin yerli mediası məlumat yayıb.

O, Bərgini təhqir edərək Şəhər Şurasına üzvlük barədə testi keçib-keçə bilmədiyinin şübhə doğurduğunu deyib.

Huşəng Nəsirzadə Şəhər Şurasının iclasında məsələnin müzakirəyə çıxarılmasını və Rəsul Bərginin rəsmi şəkildə üzr istəməsini tələb edib.

Bu, təbrizli Rəsul Bərginin xuzistanlı Huşəng Nəsirzadəni tənqid edən müsahibəsindən sonra baş verib.

Təbriz Şəhər Şurasının üzvü "Traxtur" klubunun rəhbərliyinə qeyri-azərbaycanlı şəxslərin cəlb edilməsini tənqid edib, onların Təbriz klubuna ürək yandırmadıqlarını söyləyib.

Qeyd edək ki, xüsusən son vaxtlar Təbriz təmsilçisi "Traxtur" futbol komandasının uğursuzluqları azərbaycanlıların narazılığına səbəb olub.

"Traxtur" tərəfdarları uğursuzluqların baş verməsində həm də qeyri-azərbaycanl klub rəhbərliyinin rolu olduğunu bildiriblər.

GünazTV 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar