SON XƏBƏRLƏR

Sifarişli seçkilərdə iştirak etməyəcəyik! - Milli fəallar etiraz vərəqələri yaydı

2024.06.10, 10:56
Sifarişli seçkilərdə iştirak etməyəcəyik! - Milli fəallar etiraz vərəqələri yaydı

Güney Azərbaycan Milli Hətəkatının bir qrup fəalı prezidentliyə namizəd olan 6 şəxsin adlarının açıqlanması ilə eyni vaxtda Urmu şəhərində etiraz vərəqələri paylayıblar.

Gunaz.tv

Milli fəallar etiraz vərəqələrində hakimiyyətin prezident seçkilərinə iştirak etməyəcəklərini bildirib, azərbaycanlıları da seçkiləri boykot etməyə çağırıblar.

“Biz yaxşı bilirik ki, sağlam, şəffaf və rəqabətli seçkilər vasitəsilə siyasi iştirak demokratik sistemin vacib alətlərindən biridir, ancaq onun yanında hüquq, fikir və ifadə, partiya və təşkilatların azadlığı, dinc aksiyaların və mətbuat azadlığı olmalıdır, eləcə də məhkəmələr müstəqil keçirilməlidir”- deyə vərəqələrdə yazılıb.

Milli fəallar İranda yaşayan etnik qrupların, xüsusən də Güney azərbaycanlıların hüquqlarının tanınmadığını və onlara hörmət edilmədiyini  vurğulayaraq, Tehran rejiminin seçki şousuna qatılmayacaqlarını bildiriblər.

Qeyd edək ki, İran Keşikçilər Şurası iyunun 9-da prezidentliyə namizdələrdən altısının namizədliyini təsdiq edib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar