SON XƏBƏRLƏR

Kərəc həbsxanasında qadın rejissor öldürülüb

2024.06.12, 10:59
Kərəc həbsxanasında qadın rejissor öldürülüb

Tənqidçi rejissor və  2022-ci ilin sentyabrında başlayan etiraz aksiyalarında həbs edilən Bəharə Lellahi Haci Delayi həbsxanada öldürülüb və ailəsinə xəbər verilmədən Kərəcin "Behişte Səkinə" qəbristanlığında dəfn edilib.

Gunaz.tv

Bu barədə onun yaxınlarına istinadən insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, son dəfə 2024-cü ilin fevral ayında həbs olunan Bəharə ilə əlaqə kəsilib, onun harada saxlanıldığı barədə ailəsinə açıqlama verilməyib.

Bir neçə gün əvvəl 40 yaşlı rejissorun ailəsi təhlükəsizlik qüvvələrinə bağlı şəxslərə külli miqdarda rüşvət verdikdən sonra onun gizli şəkildə dəfn edildiyi məzarı tapa biliblər.

Bəharə Lellahinin ailəsinə yaxın mənbələr təhlükəsizlik qüvvələrinin məsələnin ictimailəşdirilməməsi və yas mərasiminin keçirilməməsi üçün ailəni təhdid etdiklərini qeyd ediblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar