SON XƏBƏRLƏR

Güneyli xanım məhbus aclıq aksiyası keçirir

2024.06.13, 16:46
Güneyli xanım məhbus aclıq aksiyası keçirir

Hazırda Məşhəd şəhərinin Vəkilabad həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbus Fərzanə Qarahəsənli aclıq aksiyası keçirir.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

O, vəziyyətinin ağır olmasına baxmayaraq, müayinə və müalicəsinə icazə verilmədiyinə etiraz olaraq aclıq aksiyasına əl atıb.

İnsan haqları fəalları həbsxanadakı mənbələrə istinadən Fərzanə Qarahəsənlinin bədəninin sol hissəsinin iflic olduğunu deyiblər.

"Xanım məhbusun vəziyyətinin acınacaqlı olmasına rəğmən, ona yalnız ağrı kəsici dərmanlar verirlir, məhbusun həyatı təhlükədədir",- məlumatda bildirilib.

Qeyd edək ki, 46 yaşlı laboratoriya elmləri üzrə mütəxəssis Fərzanə Qarahəsənli və həyat yoldaşı 54 yaşlı rentgenoloq Həmid Qarahəsənli etiraz aksiyasında iştirak etdiklərinə görə,  2022-ci il noyabrın 4-də Kərəc şəhərində saxlanılıb

Fərzanə Qarahəsənli barəsində 5 il, həyat yoldaşı barəsində isə 15 il həbs qərarı çıxarılıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar