SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda onlarla kənd susuz qalıb

2024.06.14, 10:10
Şərqi Azərbaycanda onlarla kənd susuz qalıb

Şərqi Azərbaycan əyalətinin Kəleybər və Xudafərin bölgələrində Səlin çayın daşması nəticəsində 114 kəndin su təchizatı xəsarət alıb, on minlərlə insan susuz qalıb.

Gunaz.tv

Bu barədə yerli media məlumat yayıb.

Yerli əlaqədar dövlət qurumları problemin həlli ilə bağlı tədbirlər görüldüyünü, su nəqli təchizatını bərpa etməyə çalışdıqları iddia edirlər.

Yerli sakinlər sosial mediadakı paylaşımlarında iddia olunan tədbirlərin görülmədiyini və bölgə sakinlərinin susuz qaldığını bildiriblər.

Onlar çəkilən su xətlərinin stanartlara cavab vermədiyini, su paylayıcı stansiyaların uyğunsuz yerlərdə inşa edildiyini yazıblar.

Bölgə yollarının da xəsarət aldığına görə, bir çox kənd ətraf aləmdən təcrid olunub, içməli su və ərzaq çatışmazlığı yaranıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar