SON XƏBƏRLƏR

Çaroymağın onlarla kəndində su qıtlığı yaşanır

2024.06.18, 10:41
Çaroymağın onlarla kəndində su qıtlığı yaşanır

Şərqi Azərbaycan əyalətinin Çaroymaq rayonunun 100 kəndində su çatışmazlığı yaşanır.

Gunaz.tv

Bu barədə məlumat yayan yerli mənbələr havaların istiləşməsi ilə su çatışmazlığının daha da şiddətləndiyini bildiriblər.

Məsələ ilə bağlı açıqlama verən Çaroymağın İran parlamentindəki nümayəndəsi Fəramərz Şahsuvari faktı təsdiqləyib.

O, problemin həlli ilə bağlı Energitika Nazirliyinin tədbirlər görməyi planlaşdırdığını söyləyib.

Millət vəkili su problemi ilə yanaşı Çaroymaq və Sərəskənd (Həştərud) yollarının bərbad vəziyyətdə olmasına da diqqət çəkib.

Şahsuvari xüsusilə Sərəskənd şəhərinin su və kanalizasiya sisteminin, habelə şəhər kanalizasiya təmizləyici qurğusunun da bərbad durumda olduğunu deyib.

O, bunun üçün 450 milyard tümən (1 milyon 300 min dollar) vəsait lazım olduğunu, büdcə ayrılmadığı üçün heç bir iş görülmədiyini bildirib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar