SON XƏBƏRLƏR

Ərdoğan ŞƏT-in sammitində Putinlə görüşəcək

2024.06.20, 11:45
Ərdoğan ŞƏT-in sammitində Putinlə görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının 3-4 iyulda keçiriləcək Astana sammiti çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə görüşməyi planlaşdırır.

Gunaz.tv

 “Habertürk”ün bildirdiyinə görə, artıq müzakirələrin gündəliyi də məlumdur.

Belə ki, tərəflər Rusiya-Ukrayna müharibəsi, Qara dəniz vasitəsilə taxılın daşınması, “Akkuyu” Atom-Elektrik Stansiyasında işlərin gedişi, qaz ticarəti üzrə mərkəzin yaradılması, Suriyanın kürdlərin kompakt yaşadığı şimal regionunda seçkinin keçirilməsi ətrafında fikir mübadiləsi aparacaq.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar