SON XƏBƏRLƏR

Cavid Rəhman: İran bəşəriyyətə qarşı cinayət törədib

2024.06.20, 15:49
Cavid Rəhman: İran bəşəriyyətə qarşı cinayət törədib

İran hökuməti 1988-ci ildə siyasi məhbusları kütləvi şəkildə edam etməklə bəşəriyyətə qarşı cinayət və soyqırım törədib, Tehran hakimiyyəti buna görə cavab verməlidir.

Gunaz.tv

Bu sözləri BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Cavid Rəhman deyib.

O, beynəlxalq ictimaiyyətdən bu cinayəti törədənlərin məsuliyyətə cəlb edilməsi və onların toxunulmazlığına son qoyulması üçün konkret addımlar atmağı və istintaq mexanizmini işə salmağı tələb edib.

Cavid Rəhman 88-ci ildə edam edilənlərin ədalətsiz məhkəmələrdə və müdafiələri üçün vəkillə təmin olunmadıqları halda öldürüldüklərinə diqqət çəkib.

"Bu cinayətləri törədənlər cavab verməli, İran hökuməti törətdiyi əməllərə görə məsuliyyətə cəlb edilməlidir",- o, qeyd vurğulayıb.

Qeyd edək ki, 1988-ci ilin yayında İran rəbhəri Ruhullah Xomeyninin göstərişi ilə İran həbsxanalarında saxlanılan minlərlə siyasi məjkum edam edilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar