SON XƏBƏRLƏR

İran Kanada səfirini Xarici İşlər Nazirliyinə çağırdı

2024.06.21, 09:15
İran Kanada səfirini Xarici İşlər Nazirliyinə çağırdı

Kanadanın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı elan etməsi səbəbindən bu ölkənin Tehrandakı səfiri İranın Xarici İşlər Nazirliyinə çağırılıb.

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

Kanada səfirinə Tehran hökumətinin rəsmi etirazı bildirilib, İranın cavab hüququnu özündə saxladığı deyilib.

Qeyd edək ki, iyunun 19-da Kanada hökuməti SEPAH-ı terror təşkilatı kimi tanıyıb.

Bundan dərhal sonra Kanada bütün vətəndaşlarını dərhal İranı tərk etməyə, kanadalıları isə bu ölkəyə səfər etməməyə çağırıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar