SON XƏBƏRLƏR

Tehran İbrahim Rəisinin ölüsündən istifadə etməyə davam edir

2024.06.21, 12:22
Tehran İbrahim Rəisinin ölüsündən istifadə etməyə davam edir

Tehran rejimi keçmiş prezident İbrahim Rəisinin ölümündən siyasi-ideoloji istifadə istiqamətindəki fəaliyyətlərini davam etdirir.

Gunaz.tv

Bu qəbildən olan işlərdən biri kimi mayın 19-da Qaradağın Dizmar meşəsində İbrahim Rəisini daşıyan helikopterin qəzaya uğradığı və prezidentin həlak olduğu yerdə ziyarətgah inşa edilir.

Yerli sosial media fəalları bunu ideoloji təbliğat üçün hakimiyyətin İbrahim Rəisini imamzadə kimi qələmə verməsi cəhdi adlandırıblar.

Son günlər Rəisinin həlak olduğu yerə məcburi ziyarət turlarının təşkili də bu məqsədlə həyata keçirilir.

Qeyd edək ki, bir müddət əvvəl İbrahim Rəisinin həlak olması münasibətilə Dizmar meşəsinin adı dəyişdirilərək "Şəhid cümhur" qoyulub.

Azərbaycanlıların geniş etirazlarından sonra məsələyə yenidən baxılıb və qərar ləğv edilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar