SON XƏBƏRLƏR

Ermənistan növbəti dəfə MDB tədbirini boykot edib

2024.06.21, 13:45
Ermənistan növbəti dəfə MDB tədbirini boykot edib

Ermənistan növbəti dəfə MDB tədbirini boykot edib.

Gunaz.tv

Ermənistan Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyi ölkələri İqtisadi Şurasının 102-ci iclasına yüksək səviyyəli nümayəndə heyəti göndərməkdən imtina edib.

Belə ki, rəsmi İrəvan Moskvanın "Prezident" hoteldə keçirilən MDB İqtisadi Şurasının 102-ci iclasına Belarusdakı səfiri Razmik Xumaryanı göndərib.

Adətən MDB İqtisadi Şurasının tədbirində Ermənistanı Baş nazirin müavini Mqer Qriqoryan təmsil edib. Bu dəfə də İrəvan tədbirə Belarusdakı səfirini göndərməklə kifayətlənib.

Qeyd edək ki, MDB İqtisadi Şurasının 102-ci iclasında Azərbaycanı Baş nazirin müavini Yaqub Eyyubov təmsil edir. Rusiya tərəfindən isə hökumət sədrinin müavini Aleksey Overçuk iştirak edir.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar