SON XƏBƏRLƏR

Güneyli Dədə Qorqudşünas dünyasını dəyişdi

2024.06.25, 12:22
Güneyli Dədə Qorqudşünas dünyasını dəyişdi

Qərbi Azərbaycan əyalətinin Salmas şəhərindən olan mədəniyyət xadimi və Dədə Qorqudşünas Hüseyn Pənahi dünyasını dəyişib.

Gunaz.tv

Bu barədə yerli mədəni fəallar məlumat verib.

Türkiyədən əczaçılıq üzrə məzun olan Pənahinin "Dədə Qorqud və ədəbiyyat dünyamız" adlı əsəri azərbaycanlı gənclərin milli kimlik və türk mədəniyyəti ilə tanışlığında əhəmiyyətli rol oynayıb.

O, həmin kitabı Salmas şəhərində təsis edilən "Azərbaycan Mədəniyyət Evində" tədris edib.

2006-cı ilin etiraz aksiyalarında həbs edilən Hüseyn Pənahi təhlükəsizlik təcridxanasında işgəncə edildiyi zaman infarkt keçirib.

Azərbaycanlı mədəniyyət xadimi həmin vaxtdan ürək çatışmazlığı ilə mübarizə aparıb və nəhayət həmin xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, Hüseyn Pənahinin fəaliyyət göstərdiyi "Salmas Mədəniyyət Evi" 2015-ci ildə Salmas şəhərinin fərmandarlığının icazəsi ilə təsis edilib.

Burada Azərbaycan ədəbiyyatı, türk dili və mədəniyyəti tədris olunub, müxtəlıif seminarlar keçirilib.

Bir qrup mədəniyyət xadimi tərəfindən təsis edilən qurum qurulduğu gündən SEPAH və təhlükəsizlik qüvvələrinin təzyiqləri ilə üzləşib, təsisçiləri saxlanılıb, işgəncə edilib və nəhayət "Azərbaycan Mədəniyyət Evi"nin fəaliyyət icazəsi ləğv edilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar