SON XƏBƏRLƏR

İranda prezident seçkilərinin ikinci turu başlayıb

2024.07.05, 08:45
İranda prezident seçkilərinin ikinci turu başlayıb

Bu gün yerli vaxtla səhər saat 08-dən İranda prezident seçkilərinin ikinci turu başlayıb.

Gunaz.tv

Bu barədə İran Seçki Qərargahı məlumat yayıb.

Bu mərhələdə Təbrizin İran parlamentindəki nümayəndəsi, Məsud Pezeçkianla Əli Xaməneinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili mübarizə aparacaq.

Son rəy sorğularına görə, Məsud Pezeşkian mühafizəkar rəqibindən öndədir.

Seçki yerli vaxtla saat 18:00-da kimi davam edəcək, səsvermə vaxtının uzadılacağı ehtimal edilir.

İranda 61 milyon 452 mindən çox seçici var. Seçki prosesində 60 minə yaxın seçki məntəqəsi fəaliyyət göstərir.

İyunun 28-də keçirilən birinci turda azərbaycanlı namizəd 10 milyon 415 min, onun rəqibi Səid Cəlili isə 9 milyon 473 min 298 səs toplayıb.

GünazTV 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar