SON XƏBƏRLƏR

Türk namizədə qarşı farsdilli medianın təbliğatı davam edir

2024.07.05, 12:26
Türk namizədə qarşı farsdilli medianın təbliğatı davam edir

İranda prezidentliyə namizəd Məsud Pezeşkiana qarşı xaricdə fəaliyyət göstərən və hakimiyyətə müxalifətdə olan farsdilli medianın təbliğatı davam edir.

Gunaz.tv

Mərkəzçi və şahçı siyasi cərəyanlara mənsub və ya onları dəstəkləyən "İran internathional", "Manoto", "BBC Farsi", "Radio fərda" və başqa bu kimi media orqanları Pezeşkianın türk olmasına görə, onun ölkənin milli təhlükəsizliyinə təhlükə olduğu barədə iddialar səsləndirirlər.

Onlar azərbaycanlı namizədin öz kimliyi, miliyyəti və ana dili ilə bağlı çıxışlarından başqa mənalar çıxarıb, onu millətçilik və yerliçilikdə günahlandırırlar.

Farsdilli mətbuat orqanları hakimiyyətə müxalif olmalarına baxmayaraq, Məsud Pezeşkianın rəqibi, mühafizəkar siyasi cərəyanın və Əli Xaməneinin nümayəndəsi Səid Cəlili barədə ciddi tənqidi materiallar dərc etmir, dolayısı yolla onun Pezeşkian qarşısında qələbəsinə dəstək verirlər.

Bununla yanaşı farsdilli "youtube" kanallarında da oxşar kampaniya aparılır, türk siyasətçinin miliyyəti barədə çıxışları "pantürkizm" nümunəsi kimi dəyərləndirilir.

Qeyd edək ki, iyunun 28-də keçirilən birinci turda azərbaycanlı namizəd 10 milyon 415 min, onun rəqibi Səid Cəlili isə 9 milyon 473 min 298 səs toplayıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar