SON XƏBƏRLƏR

İranda prezident seçkisi bitdi

2024.07.06, 00:46
İranda prezident seçkisi bitdi

İranda iyunun 5-i yerli vaxtla səhər saat 08-dən bşlayan prezident seçkisinin ikinci turu saat 00:00-da sona çatdı.

Gunaz.tv

Bu barədə İran Seçki Qərargahı məlumat yayıb.

Rəsmi məlumata görə seçici fəallığı birinci turdan çox olub və seçki prosesində  30 milyon nəfər iştirak edib.

Qeyri-rəsmi mənbələr hökumətin elan etdiyi rəqəmlərin həqiqəti əks etdirmədiyini, seçici fəallığının iddia edilən səviyyədə olmadığını bildirirlər.

Qeyd edək ki, İranda 61 milyon 452 mindən çox seçici var. Seçki prosesində 60 minə yaxın seçki məntəqəsi fəaliyyət göstərib.

İyunun 28-də keçirilən birinci turda azərbaycanlı namizəd 10 milyon 415 min, onun rəqibi Səid Cəlili isə 9 milyon 473 min 298 səs toplayıb.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar