SON XƏBƏRLƏR

Milli fəalın məhkəməsi olub

2024.07.22, 12:09
Milli fəalın məhkəməsi olub

Tehranın Evin həbsxanasında saxlanılan milli-mədəni fəal və sənətçi Mürtəza Pərvinin məhkəməsi olub.

Gunaz.tv

Bu barədə yerli insan haqları fəalları məlumat yayıb.

O, iyulun 21-də Tehranın İnqilab Məhkəməsinin 15-ci bölməsinə aparılıb və barəsində irəli sürülən ittihamlarla bağlı müdafiə çıxışı edib.

Məhkəmə sədri Əbülqasim Salavati Mürtəza Pərvinin bundan öncə ittiham olunduğu və onlara görə həbsdə qaldığı barəsində açılan keçmiş cinayət işlərini yenidən açıb.

Onun bağlanmış cinayət işlərini açmaqdan məqsədinin milli fəala təzyiq göstərmək olduğu bildirilib.

"İndiyə qədər istintaqa cavab verməkdən imtina etdiyin üçün sənin barəndə açılan cinayət işinin təkmilləşdirilməsi aylarla uzana bilər",- deyə, hakim Mürtəza Pərvini müstəntiqlərlə əməkdaşlıq etmədiyinə görə təhdid edib. 

Bu təhdid, Mürtəza Pərvin qanunsuz həbs edildiyi və barəsində irəli sürülən ittihamların saxta olduğuna görə istintaqa ifadə verməkdən imtina etməsi ilə əlaqəlidir.

Qeyd edək ki, fevralın 6-da Ərdəbildəki şəxsi mənzilində həbs edilən milli-mədəni fəal Mürtəza Pərvin fevralın 11-də Tehranın Evin həbsxanasının təcridxanasına köçürülüb.

M.Pərvin həbs edildikdən sonra mənzilində axtarış aparılıb, ona məxsus mobil telefon, noutbuk müsadirə edilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar