SON XƏBƏRLƏR

Avropa Sülh Fondunun xətti ilə Ermənistanın silahlandırılması sülh prosesinə zərbə vurur

2024.07.23, 14:46
Avropa Sülh Fondunun xətti ilə Ermənistanın silahlandırılması sülh prosesinə zərbə vurur

Avropa İttifaqının Avropa Sülh Fondunun xətti ilə Ermənistanı silahlandırması sülh prosesinə zərbə vurur.

Gunaz.tv

Bunu Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Fatma Yıldırım deyib ki, hazırda Cənubi Qafqazda sülhün təmin olunması məqsədilə bir sıra beynəlxalq platformalar çərçivəsində müzakirələr aparılır: “Azərbaycan regionda sülhün bərqərar olması naminə irəli sürülən beynəlxalq təşəbbüsləri dəstəkləyir. Lakin bu təşəbbüslər birtərəfli olmamalı, beynəlxalq hüquq normalarına və ədalət prinsiplərinə əsaslanmalıdır”.

Deputat bildirib ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində vasitəçilik edən beynəlxalq aktorlardan biri də Avropa İttifaqıdır. İkinci Qarabağ müharibəsi bitdikdən sonra Cənubi Qafqazda sülhün təmin olunması üçün Avropa İttifaqı müəyyən təşəbbüslərlə çıxış edib: “Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə 2021-ci ilin dekabr ayında Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin ilk görüşü keçirildi. Bundan sonra, Brüssel formatı çərçivəsində liderlərin bir neçə görüşü baş tutub. Lakin ötən ilin sentyabr ayında ordumuzun Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirlərindən sonra Avropa İttifaqının mövqeyində ədalətsiz yanaşma özünü göstərdi. Əslində, bununla Aİ özünün gerçək simasını ortaya qoymuş oldu. Antiterror tədbirlərinə qarşı çıxan Brüssel bununla da Qarabağdakı erməni separatçılarını dəstəkləmiş oldu. 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar