SON XƏBƏRLƏR

Panfarsist nazir Pezeşkianın ofisinin rəhbəri oldu

2024.07.30, 14:19
Panfarsist nazir Pezeşkianın ofisinin rəhbəri oldu

Məktəbə qədər fars dilinin qeyri-fars uşaqlara öyrədilməsi layihəsinin müəllif və icraçılarından olan Möhsün Hacı Mirzayi, Məsud Pezeşkianın ofisinin rəhbəri təyin edilib.

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

O, bundan əvvəl Həsn Ruhaninin prezidentliyi dövründə təhsil naziri vəzifəsində çalışıb.

Möhsün Hacı Mrzayinin təyinatı azərbaycanlı fəalların narazılığı ilə qarşılaşıb.

Onlar islahatçı şüarlar altında fars miliyyətçiliyi edən və qeyri-fars xalqlara qarşı ayrı-seçkilik münasibəti bəsləyən şəxslərin yeni hökumətdətəmsil olunmalarını pisləyiblər.

Qeyd edək ki, bundan əvvəl panfarsist mövqeyi ilə tanınan Rizvan Həkimzadənin də təyinatı narazılıqlara səbəb olmuşdu.

Etirazlardan sonra Həkimzadə yeni hökumətin Təhsil Komissiyasından çıxarıldı.

GünazTV
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar