SON XƏBƏRLƏR

İsrail növbəti qərara qədər atəşkəs danışıqlarını dayandırıb

2024.08.06, 08:25
İsrail növbəti qərara qədər atəşkəs danışıqlarını dayandırıb

Sui-qəsd nəticəsində öldürülən HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin yerinə seçiləcək ad təyin olunana və İran tərəfindən mümkün cavab hücumuna qədər İsraillə Həmas arasında məhbusların mübadiləsi ilə bağlı danışıqların dayandırıldığı bildirilir.

Gunaz.tv

“Times of Israel” qəzetinə danışan adı açıqlanmayan dövlət rəsmiləri İsrail və HƏMAS arasındakı danışıqlara münasibət bildiriblər.

Xəbərə görə, İranın mümkün cavab tədbiri və Haniyənin yerinə seçiləcək şəxs təyin olunana qədər məhbusların mübadiləsi üçün mümkün danışıqlar dayandırılıb.

Xəbərdə həmçinin Tehranın İsrailə qarşı cavab hücumunun bu axşam ola biləcəyi, HƏMAS-ın Haniyənin yerinə seçiləcək adın da yaxın günlərdə açıqlayacağı bildirilib.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar