SON XƏBƏRLƏR

Evin həbsxanasında qadın məhbuslara qadağalar tətbiq edildi

2024.08.06, 12:42
Evin həbsxanasında qadın məhbuslara qadağalar tətbiq edildi

Tehranın Evin həbsxanasının qadınlar bölməsində saxlanılan 37 siyasi mhbus qadına qarşı yeni qadağalar tətbiq edilib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları həbsxanadakı mənbələrə istinadən məlumat yayıblar.

Məlumatlara görə, siyasi qadın məhbuslar edam hökmlərinə, xüsusən qadın məhkumlar Pəxşan Əzizi və azərbaycanlı işçi hərəkatı fəalı Şərifə Məhəmmədinin barəsində çıxarılan edam qərarının dayandırılması tələbi ilə etiraz aksiyası keçiriblər.

Bundan sonra həbsxana rəhbərliyi 37 qadın məhkumun ailə üzvləri ilə görüş və telefon danışıqlarına qadağa qoyub.

İnsan haqları təşkilatlarının məlumatına görə, cəzalandırılan 37 qadın həbsxananın həyətində oturaq aksiya keçirib, edam hökmləri və hökm verən qurumlar əleyhinə şüarlar səsləndiriblər.

Qeyd edək ki, edam cəzasına məhkum edilən Pəxşan Əzizi və Şərifə Məhəmmədi silahlı təşkilata üzv olmaqda günahlandırılıblar.

Hər iki qadın məhkum irəli sürülən ittihamları rədd edib, məmurların işgəncə altında onlardan saxta etiraflar almağa çalışdıqlarını bildiriblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar