SON XƏBƏRLƏR

Seçki kampaniyalarına kiberhücumlara görə İran məsuliyyət daşıyır

2024.08.20, 13:14
Seçki kampaniyalarına kiberhücumlara görə İran məsuliyyət daşıyır

Avqustun 19-da ABŞ-nin üç kəşfiyyat orqanı ölkədəki seçki qərargahına edilən kiberhücumların arxasında İranın olduğunu bildirib və bunu İranın bu sahədəki daha böyük müdaxiləsinin bir hissəsi adlandırıb. 

Gunaz.tv

Bu barədə ABŞ Federal Təhqiqatlar Bürosu (FTB), Milli Kəşfiyyat Direktoru Ofisi, Kibertəhlükəsizlik və İnfrastruktur Agentliyinin birgə bəyanatında yazılıb. 

“İran ölkədə nifaq yaratmağa və demokratik təsisatlara inamı sarsıtmağa çalışır. Biz seçkilər dövründə İran tərəfindən artan hücumların şahidi olduq”,- bəyanatda qeyd olunub.

Bəyanatda bildirilir ki, Amerika kəşfiyyatı son günlər Respublikaçılar Partiyasının namizədi Donald Trampın seçki kampaniyasına qarşı həyata keçirilən kiber əməliyyatın İranın işi olduğunu hesab edir.

Amerikanın üç kəşfiyyat orqanı birgə bəyanatlarında İranın kiber fəaliyyətlərinin Amerika vətəndaşlarını, eləcə də seçki kampaniyalarını hədəf aldığı vurğulayıb.

İranın BMT-dəki nümayəndəliyi İran hökumətinin Amerika prezident seçkilərinə müdaxilə etmək üçün heç bir məqsədi və motivasiyasının olmadığını iddia edib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar