SON XƏBƏRLƏR

Xamənei göstəriş verdi, kiberməkana nəzarəti gücləndirilsin

2024.08.28, 10:36
Xamənei göstəriş verdi, kiberməkana nəzarəti gücləndirilsin

Avqustun 27-də İran rəhbəri Əli Xamənei  yeni hökuməti İranın son illər onsuz da ağır məhdudiyyətlər altında olan kiberməkanı üzərində nəzarəti gücləndirməyə çağırıb.

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

"Əsas odur ki, qanunun aliliyi virtual məkanda tətbiq edilsin. Əgər (interneti tənzimləmək üçün) qanununuz yoxdursa, qanun hazırlayın və o qanuna əsaslanaraq, nəzarəti ələ alın",- Xameneyi prezident Məsud Pezeşkianın yeni kabineti ilə ilk görüşü zamanı deyib.

Xameneyinin açıqlamaları Pezeşkianın seçki kampaniyası zamanı İranda uzun müddətdir davam edən internet məhdudiyyətlərini yumşaldacağına dair verdiyi vədlərə ziddir.

Qeyd edək ki, İran son illər "WhatsApp" və "Instagram"ın fəaliyyətinə yalnız onların ölkədə qanuni nümayəndəsi olduğu təqdirdə icazə veriləcəyini deyir.

Ancaq "Facebook", "Instagram" və "WhatsApp"ın ana şirkəti olan "Meta" İranda ofis açmaq fikrində olmadığını bildirib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar