SON XƏBƏRLƏR

NATO-nun baş katibi: Ukraynanın Kurska hücumu tam qanunidir

2024.08.31, 11:53
NATO-nun baş katibi: Ukraynanın Kurska hücumu tam qanunidir

Ukraynanın Kurska hücumu özünümüdafiə xarakterli olmaqla, tam qanunidir.

Gunaz.tv

Bunu “Die Welt” nəşrinə müsahibəsində NATO-nun baş katibi Yens Stoltenberq deyib:

"Ukrayna özünü müdafiə etmək hüququna malikdir və beynəlxalq hüquq əsasında həyata keçirilən bu tədbir yalnız Ukraynanın öz sərhədləri ilə məhdudlaşmır. Rusiyanın Kursk ərazisindəki əsgərləri, tankları və hərbi bazaları Ukrayna ordusu üçün qanuni hədəfdir”.

Stoltenberq, həmçinin Almaniya hökumətini Ukrayna ilə bağlı öhdəliklərinə sadiq qalmağa çağırıb.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar