SON XƏBƏRLƏR

Hökumət məmurları qaşqaylara hücum etdi- Yaralılar var

2024.08.31, 16:59
Hökumət məmurları qaşqaylara hücum etdi- Yaralılar var

İran hökumətinin məmurları qaşqayların kompakt yaşadığı Qaşqay Yurdun İslamabad bölgəsinin Səfixanlı kəndinə hücum ediblər.

Gunaz.tv

Bu barədə yerli fəallar məlumat yayıblar.

Bildirilib ki, bu, sakinlərin torpaqlarının zəbt edilməsi ilə ılaqədardır.

Hücumda bir helikopter, bir neçə zirehli maşın və yüzlərlə polis və xüsusi təyinatlı iştirak edib.

Sakinlər hökumət məmurlarının qanunsuz hərəkətinə etiraz etdiyi üçün qarşıdurma yaranıb.

Döyüş və saçma tüfənglərdən açılan atəş nəticəsində 30-a yaxın insan yaralanıb, üçünün vəziyyətinin ağır olduğu bildirilir.

Yerli sosial media fəallarının verdiyi məlumata görə, yaralananların çoxu qadın və uşaqlardır.

Hadisənin ictimailəşməsindən sonra rəsmilər hücumun bölgədə həşiş əkini barədə məlumatları yoxlamaq məqsədilə həyata keçirildiyini iddia ediblər.

Bir neçə nəfərin həbs olunduğu bildirilsə də, onların sayı, kimliyi və hara aparıldıqlarını dəqiqləşdirmək mümkün olmayıb.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar