SON XƏBƏRLƏR

Panfarsistlər Zəhra Rəhiminin "Mənəm Türk" paylaşımına hücum etdi

2024.09.04, 12:36
Panfarsistlər Zəhra Rəhiminin "Mənəm Türk" paylaşımına hücum etdi

Güney Azərbaycanın Mərənd şəhərindən olan ən gənc paralimpiya idmançısı Zəhra Rəhimi, tarixi uğur qazanaraq para-tekvando sahəsində İran coğrafiyası üçün ilk gümüş medalı əldə edib. 

Gunaz.tv

O, bu nailiyyətini qeyd edərək tanınmış türk repçisi Payam Türkün "Mənəm Türk" mahnısından bir parça ilə yarış görüntülərini sosial şəbəkələrdə paylaşıb. Ancaq bu paylaşım dərhal türk düşməni faşist qrupların təzyiqi ilə qarşılaşıb.

Bu qruplar, etnik və irqi fanatizmlərinə görə türk kimliyinin ifadəsini qəbul etməyərək, Zəhra Rəhimini ağır təhqir edib və hədəf alıblar. İran hökumətinin əlaqədar qrumlarının bu irqçi qrupları dəstəkləməsi və onların təzyiqlərinə göz yumması nəticəsində Zəhra Rəhimi paylaşımını silmək məcburiyyətində qalıb. 

Bu hadisə, İran coğrafiyasında qeyri-fars kimliklərin, xüsusən də türk kimliyinin azad ifadəsinə qarşı olan mədəni basqının və ayrı-seçkiliyin bariz nümunəsidir.

Bu, həm də, son yüz ildə İranın hər yerində sistematik olaraq fars irqçiliyi və türk düşmənçiliyi siyasətinin yürüdülməsinin təzahürüdür. 

Türklər, ölkədə dəfələrlə irqçi təhqirlərə məruz qaldıqları kimi, İran hökuməti tərəfindən də bu təhqirlər sistematik olaraq cəmiyyətə aşılanır. 

Məktəb dərsliklərində, medianın və rəsmi nəşrlərin türk kimliyinə və tarixinə qarşı təhrif olunmuş məlumatlar yer alır. Tehran stadionlarında isə "Türkə ölüm" şüarı fars azarkeşlərin əsas şüarlarından birinə çevrilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar