SON XƏBƏRLƏR

Prezident etiraf etdi- Qeyri fars bölgələr yoxsuldur

2024.09.04, 16:35
Prezident etiraf etdi- Qeyri fars bölgələr yoxsuldur

İran Prezidenti Məsud Pezeşkian ölkədə gəlirlərin ədalətli şəkildə paylanılmadığına dair fikirlər səsləndirib.

Gunaz.tv

O, bu barədə Məşhəd əyalətinin fəalları və iqtisadi təşkilatları ilə görüşündə deyib.

"Ölkənin Şərq və Qərbi yoxsuldur. Nefti, qazı, torpağı, suyu olan Kürdüstana, Azərbaycana, Xuzistana baxın, onların vəziyyəti Məşhəddən qat-qat pisdir",- Pezeşkian bildirib.

Qeyd edək ki, Məsud Pezeşkian seçki qabağı təbliğat və təşviqat kampaniyasında ölkə gəlirlərinin əyalətlər arasında ədalətli bölülşdürüləcəyinə dayir vədlər verib.

Onun azərbaycanlılara verdiyi əsas vədlərindən biri, müstəqil Süngün mis mədəni şirkətinin yaradılması və mədənin gəlirlərinin Şərqi Azərbaycan əyalətində qalmasına çalışacağıdır.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar