SON XƏBƏRLƏR

Telefondan istifadə təhlükəlidir- Həsən Amuli qorxub

2024.09.21, 14:33
Telefondan istifadə təhlükəlidir- Həsən Amuli qorxub

Livanda "Hizbullah" terror təşkilatı və onun tərəfdarlarına məxsus peycer və telsiz rabitə cihazlarının partlamasından sonra İran rəsmiləri qorxduqlarını göstərən bəyanatlarla çıxış ediblər.

Gunaz.tv

Bu qəbildən olan bəyanatlardan birini Əli Xaməneinin Ərdəbil əyalətindəki nümayəndəsi və Ərdəbil şəhərinin cümə imamı Həsən Amuli səsləndirib.

O, peycer, telsiz rabitə cihazları, mobil telefon və başqa bu kimi cihazlardan istifadənin artıq təhlükəli olduğunu deyib.

Livanda baş verən hadisənin bundan sonra elmi və texnoloji tərəqqinin müharibələrdə birinci və əsas rol oynayacağını, region tədricən ənənəvi silahlardan uzaqlaşaraq, süni intellekt, kiberhücumlar və xüsusi elektron sistemlər kimi yeni silahlara doğru irəliləyəcəyini bildirib.

Həsən Amuli xüsusilə yeni növ telefonlardan, o cümlədən "Ayfon"dan istifadənin təhlükəli olduu barədə xəbərdarlıq edib.

Qeyd edək ki, sentyabrın 17 və 18-də Livanda kibermüdaxilə nəticəsində müxtəlif rabitə qurğularında baş vermiş partlayışlarda azı 32 nəfər ölüb, 4 mindən çox insan yaralanıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar